“Qəbələ”yə daha bir zərbə!

13 Aprel 15:15 Qəbələ 852
“Qəbələ”yə daha bir zərbə!

Premyer Liqanın 30-cu turunda “Qəbələ” öz meydanında “Turan Tovuz”u məğlub edəcək.

Elitada qalmaq uğrunda mübarizə aparan meydan sahibləri yenə çətin durumla üzləşib.

Belə ki, Kaxaber Tsxadadze tovuzlularla görüşdə birdən-birə iki mərkəz müdafiəçisinin xidmətindən istifadə edə bilməyəcək. Zurab Oçiqava ilə Murad Musayev sarı vərəqə limitini doldurduğundan, cəzalı duruma düşüb.

Üç mərkəz müdafiəçisi ilə oynayan “Qəbələ”də yalnız Lukas Afriko mərkəz müdafiəçisidir. İlkin Qırtımovun da məcburiyyətdən həmin mövqedə yer aldığını düşünsək, üçüncü şəxsin kimliyi Tsxadadzeni “baş sındırmağa” məcbur edir.

Aprelin 13-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” görüşü saat 16:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti