Azərbaycan klubunun dünya nəhənglərindən nəyi artıqdır? - NÜMUNƏ

9 Aprel 19:00 Qəbələ 562
Azərbaycan klubunun dünya nəhənglərindən nəyi artıqdır? - NÜMUNƏ

"Qəbələ"ni Birinci Liqadan həftələr ayırır.

Məsələ öz həllini tapıb, qalır rəsmiləşməsi.

Sona 7 tur qalmış ən yaxın izləyici "Kəpəz"lə xal fərqi 14-ə yüksəldi.

Bundan sonra heç möcüzənin də bölgə klubunu xilas edəcəyi inandırıcı deyil.

Bəli, bu klubun aşağı liqaya düşməsi üzücüdür.

Ən azı sahib olduğu infrastruktura görə.

Amma daha ağlaşma qurmaqdan keçib.

Heç AFFA-nın qapısında yatmağa, bər-bəzəkli açıqlamalar verib imdad diləməyə də dəyməz.

Dünyanın sonu deyil.

Düzgün qərarlar verilsə elə bir mövsümlük fasilədən sonra komanda yüksək liqaya qayıda bilər.

Nə çox dünya praktikasında belə olaylar.

İtaliya nəhəngi "Yuventus"dan İspaniya təmsilçisi "Villareal"a, "Şotlandiya"nın əzəmətli "Reyncers"dən, Argentinanın "River Pleyt" klubuna kimi bu yolu keçənlər olub. Özü çox yaxın tarixdə.

Aşağı liqaya düşüb, məhv olmayıblar. Nə stadionları dağılıb, nə də bazaları yoxa çıxıb.

Əksində böyük dərs alıblar.

Toparlanıb yenidən elitaya qayıdıblar, bu gün də böyük klub kimi yollarına davam edirlər.

Düzdü, "Qəbələ" adıçəkilən klublarla bir tərəziyə qoyulası tarixə sahib deyil.

Ölkə çapında öz izi, çəkisi var.

İzini qorumaq, böyük olmaq istəyirsə, elə həmin böyük klublar kimi davranmalı, bərkə-boşa düşüb böyüməsini bilməlidir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti