"Ürəksiz oynayan futbolçular haqda ciddi tədbir görüləcək" - Kaxaber Tsxadadze

7 Aprel 19:45 Qəbələ 392
"Ürəksiz oynayan futbolçular haqda ciddi tədbir görüləcək" - Kaxaber Tsxadadze

"Qəbələ" Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə "Zirə"yə 0:4 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Danışılası çox şey yoxdur. "Zirə" bu gün mükəmməl pressinq etdi, yaxşı oynadı. Bizim futbolçular istəksiz görünürdülər, ürəklərini qoymurdular. Bu da oyunun nəticəsinə təsir etdi. "Zirə" bizdən daha istəkli idi. İkinci hissədə dəyişikliklər etdik. Gənc oyunçular özlərini yaxşı tərəfdən göstərdi. Həyat mübarizədən ibarətdir. Həmişə mübarizə aparmaq lazımdır. Ürəksiz oynayan futbolçular haqda ciddi tədbir görüləcək.

- Sizin gəlişinizdən sonra komanda 1 xal toplayıb. İstefa vermək barədə düşünürsünüz?

- Bilirəm ki, sən bunu istəyirsən. Amma qeyd etmək istəyirəm ki, mən gələndə də komanda bu yerdə idi. Bura kömək etmək üçün gəlmişdim. İmicimi qurban verib "Qəbələ"yə gəldim. Qarşıda kubok oyunu var. Uzunmüddətli planlarımız var. Oyunçuların bəzilərinin fərdi keyfiyyətləri çox aşağıdır. İkinci hissədə ürəklə oynayan futbolçular meydana daxil oldu. "Zirə" yaxşı oynadı deyə biz heç nə edə bilmədik.

- Bir futbol mütəxəssisi olaraq "Qəbələ"nin Premyer Liqaya layiq komanda olduğunu düşünürsünüz?

- Belə görünür ki, komanda indi layiq olduğu yerdədir. "Qəbələ" böyük klubdur. Biz gələndə 9 xal fərq var idi. Möcüzə olmur. Bu klubu saxlamaq lazımdır. Ümid edirəm ki, hamı yaxşı düşünəcək. Komanda sayı çoxalsa, "Qəbələ" Premyer Liqada qalsa, mütləq ilk üçlük uğrunda mübarizə aparacağıq. Aşağı liqaya düşsək, bir il sonra geri qayıdacağıq. Buradakı sponsorun, klub prezidentinin istəklərini bilirəm. 99 faiz insan "Qəbələ"nin Premyer Liqada qalmasını istəyir.

Digər Xəbərlər
Xəbər Lenti