Premyer Liqa klubunda hansı möcüzə baş verməlidir? - “Alınsa, sevinərik, alınmasa da...”

2 Aprel 23:40 Qəbələ 1 097
Premyer Liqa klubunda hansı möcüzə baş verməlidir? - “Alınsa, sevinərik, alınmasa da...”

Artıq iki turdur “Qəbələ” ideal şansı əldən verir.

Premyer Liqada qalmaq uğrunda əsas rəqib “Kəpəz”in “Zirə” və “Qarabağ”la oyunlarda məğlub olması qəbələliləri həvəsləndirmişdi.

“Qırmızı-qaralar” “Araz-Naxçıvan”la “Neftçi”ni məğlub edə biləsydi, gəncəlilərlə xal fərqi 6-ya enəcəkdi.

Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv 10 nəfərlə qalan Naxçıvan təmsilçisi ilə 1:1 bərabərə qaldı, azı 5 real qol vəziyyəti yaratdığı “Neftçi”ylə görüşdən məğlub ayrıldı – 0:1.

“Kəpəz”lə aradakı xal fərqi 11 olaraq qalır və bu gedişlə “əriyənə” oxşamır.

Komandanın əsas heyət üzvlərindən olan Rauf Hüseynli Sportinfo.az-a açıqlamasında “hansı möcüzə baş verməlidir ki, “Qəbələ” elitadakı yerini qorusun” sualını cavablandırıb:

“Qarşıda 8 oyun var, bu isə mümkün 24 xal deməkdir. Taleyimiz öz əlimizdədir.

Nə qədər şansımız varsa, sona qədər mübarizə aparacağıq. Allahın izni ilə uğurlu nəticələr qazanıb, hədəfə çatarıq.

“Kəpəz”lə bağlı danışmaq istəmirəm. Onların hansı nəticələr etməsi bizi maraqlandırmır

Biz öz oyunlarımıza baxırıq, köklənirik. Hər oyuna qələbə üçün çıxırıq. Alınsa sevinərik, alınmasa da, xeyirlisi”.

Premyer Liqanın 28 turundan sonra “Kəpəz” 27 xalla 9-cu, “Qəbələ” 16 xalla sonuncu pillədə yer alıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti