Bu bədbəxt və binəva baş məşqçiyə daha nə deyəsən..?

30 Mart 20:00 Qəbələ 523
Bu bədbəxt və binəva baş məşqçiyə daha nə deyəsən..?

Kaxaber Sxadadze dördüncü oyununda üçüncü məğlubiyyəti aldı.

«Qəbələ» üçün yolun sonu çoxdan görünüb əslində.

«Gürcü geridə qalan 30-35 gün ərzində heç bir iş görməyib» demirəm. Deyirəm ki, görüm.

«Qəbələ» Elmar Baxşıyevin son 6 ayındakından yaxşı oynayır indi. Komanda kor-koranə həmlə etmir, həqiqətən mübarizə aparır.

Kaxanın tapşırığı birdir - qol vurun. Həə, problem də elə burada pırtlayıb ortaya çıxır, narahatlıq doğurur.

«Qəbələ» hər oyunda 3-4 real fürsət əldə edir, sonda da meydandan boynubükük ayrılır. Qol vurmasan, əlbəttə ki, uduzacaqsan, o yana da keçəcəksən.

Baxşıyevin zamanında alınan yarımmüdafiəçi və hücumçularla heç I Liqada da nəticə əldə etmək olmaz. Bunların hamısı say düzəltmək alınan legionerlərdir.

Yığ bir yerə, əyləşdir taksiyə, sür aeroporta, al biletini, göndər getsinlər. Qəbələnin havası da onlara çoxdur, nəinki çörəyi.

Bu bədbəxt və binəva Kaxaya nə deyəsən, bir vaqon səviyyəsiz əcnəbinin, məsuliyyətsiz yerli oyunçunun ümidinə qalıb.

Futbolçu yüzdəyüz qol epizodunu dəyərləndirməyi bacarmırsa, günah day baş məşqçidən ötdü.

Məşqçinin işi taktiki və fiziki planda üzə çıxır. Komanda epizoda girirsə, düşünülmüş hücum qurursa, demək ki, sükan arxasında əyləşən şəxs papağını boş yerə günə yandırmayıb.

Kaxada da bu var, sadəcə, nəticə çatışmır.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti