"Neftçi" ilə oyunları xatırlayan gürcüstanlı mütəxəssis nəyə təəssüfləndi?

29 Mart 11:20 Qəbələ 672
"Neftçi" ilə oyunları xatırlayan gürcüstanlı mütəxəssis nəyə təəssüfləndi?

“Qəbələ”nin çalışdırıcısı Kaxaber Tsxadadze Sportinfo.az-a açıqlama verib.

O, ilk olaraq Premyer Liqanın 28-ci turunda qarşılaşacaqları “Neftçi” ilə matç barədə qısaca danışıb:

“Neftçi" "Neftçi"dir. "Neftçi" Azərbaycan futbolunun əfsanəsidir. Başqa əlavə edəcəyim nəsə yoxdur”.

Gürcüstanlı mütəxəssis "İnter"də( İndiki “Şamaxı”) çalışdığınız zaman "Neftçi" ilə matçlara xüsusi hazırlaşırdız. Qarşılaşmalar da çox gərgin keçirdi. “Neftçi”yə qarşı eyni motivasiya sizdə yenə qalıbmı” sualına isə belə cavab verib:

“Həmin vaxtlar biz ilk üçlük uğurunda mübarizə aparırdıq. Ona görə də həmin prinsipiallıq vardı.

Amma indi təəssüf ki, liqada qalmaq üçün mübarizə aparırıq. Bu həyatdır. Burada hər şey ola bilər”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!