Azərbaycan futbolundan incilər - Belə də bölgə klubu olar?

26 Mart 19:00 Qəbələ 952
Azərbaycan futbolundan incilər - Belə də bölgə klubu olar?

"Turan Tovuz" milli komandalara görə yaranmış fasilədən istifadə edərək Qəbələdə 4 günlük toplanış keçdi.

Qəbələni təmsil edən "Qəbələ" komandası isə bu müddəti Bakıya sığındı.

Nə qədər də qəribə səslənir elə deyilmi?

Qərb təmsilçisinin yollarda qalması anlaşılandı. Tovuz şəhər stadionun örtüyü sünidir. Futbolçuların zədə riski yüksəkdir. Bundan başqa arenanın işıqlandırma sistemi hələ də hazır olmadığı üçün axşam saatlarında məşqlərin keçirilməsi mümkün deyil.

Adətən Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında məşqlərə çıxan Tovuz təmsilçisi buradakı meydançanın da yararsız halda olmasını görüncə Qəbələyə üz tutmalı olmuşdu.

Bəs yerli komandanı buradan didərgin salan nədir?

Komandanın standartlara cavab verən bir yox, bir neçə meydançası var.

Yoxlama görüşü keçirmək üçün rəqib də ağzının içinə qədər gəlib.

Hətta bazadan istifadə qarşılığında müəyyən məbləğdə ödəniş etməklə.

Amma "Qəbələ" bu şərtlər altında da doğma rayonda qalmır, Bakıya üz tutur, yoxlama görüşünü də paytaxtda keçirir.

Belə Qəbələ təmsilçisi olur? Ən yaxşı halda, ev oyunlarında bu komandaya müvəqqəti ev sahibi demək olar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"