“Yeni baş məşqçinin gəlişi məni narahat etmir”

25 Mart 2024 16:05 Qəbələ 1 080
“Yeni baş məşqçinin gəlişi məni narahat etmir”

“Qəbələ”nin xilas olması yolunda ümid baş məşqçi dəyişikliyinə idi.

Prinsipial qarşılaşmada “Kəpəz”ə yenilgidən sonra iki bölgə təmsilçisinin arasındakı xal fərqi 8 xala yüksəlmişdi ki, Kaxaber Tsxadadzenin təyinatından sonra fərqin azalacağı ehtimal olunurdu.

Qəbələlilər Baxşıyevin gedişindən sonra Premyer Liqada 4 oyun keçirib və yalnız 1 xala sevinib.

Gəncəlilərlə xal fərqi isə 11-ə yüksəlib. Qarşıda cəmi 9 oyunun qaldığını nəzərə alsaq, bu qədər fərqin aradan qalxacağı inandırıcı görünmür.

Belçikalı yarımmüdafiəçi Əyyub Allaş Sportinfo.az-a açıqlamasında Tsxadadzenin gəlişindən sonrakı dəyişikliklərdən və “qırmızı-qaralar”ın gələcək taleyindən danışıb:

“Baş məşqçimiz kifayət qədər təcrübəli biridir. O da çalışır ki, komandanı bu vəziyyətdən çıxartsın.

Taktiki planda dəyişiklik üç müdafiəçili sistemə keçməyimizdir, bəziləri buna “5-li müdafiə” deyir.

Baş məşqçi dəyişikliyinin oyunuma təsir etdiyini düşünmürəm. Təxminən eyni tapşırıqları alıram və onları icra etməyə çalışıram.

Tsxadadzenin gəlişi məni narahat etmir. Çünki oyun modelini bəyənirəm".

27 turdan sonra “Kəpəz” 27 xalla 9-cu, “Qəbələ” 16 xalla sonuncudur.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA