Avazı yaxşı gəlir: “Bu, bizi qorxutmur, hər şey öz əlimizdədir”

24 Mart 2024 22:05 Qəbələ 1 063
Avazı yaxşı gəlir: “Bu, bizi qorxutmur, hər şey öz əlimizdədir”

«Hər şey öz əlimizdədir».

«Qəbələ»nin yarımmüdafiəçisi Əyyub Allaş Sportinfo.az-a açıqlamasında belə deyib.

Azərbaycanda ikinci mövsümünü keçirən belçikalı legioner nikbin danışıb. O, “komandanın Premyer Liqada qalması üçün nə baş verməlidir» sualına cavabında bunları söyləyib:

«Rəqiblərin nəticələrinə baxmadan öz oyunlarımıza köklənməli və qələbələr qazanmalıyıq. Bunu bacaracaq gücdəyik.

Sadəcə, bizə bir qələbə lazımdır. Özümüzə inanırıq. Komandanın üzləşdiyi vəziyyəti öz aramızda danışırıq. D

emək olar hər söhbətdə çıxış yolu axtarırıq. Mövsümün başa çatmasına hələ çox var.

Bu müddətdə xeyli hadisə baş verə, dəyişiklik ola bilər. Mən buna inanıram. «Kəpəz»in 11 xal irəlidə olması bizi qorxutmur».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA