"Qəbələ" Bakıda kapitanını itirdi, güzəşt etdi, qalib gəldi

24 Mart 21:40 Qəbələ 750
"Qəbələ" Bakıda kapitanını itirdi, güzəşt etdi, qalib gəldi

Milli komandanın oyunlarına görə Premyer Liqada yaranmış fasilədən istifadə edən "Sabah" yoxlama matçı keçirib.

Rəqib liqanın aşkar autsayderi "Qəbələ" olub.

"Bank Respublika Arena"da keçirilən qarşılaşmada hesabı qonaqlar açıb.

35-ci dəqiqədə Samuel Tettehin yaxşı cinah reydindən sonra cərimə meydançasına etdiyi əla ötürməyə ayaq qoyan Eyyub Allaş fərqlənib.

42-ci dəqiqədə meydan sahibləri ikinci zərbəni alıb.

Belə ki, Kristian Da Silva qırmızı vərəqə alaraq meydandan qovulub.

Amma "Sabah" azlıqda qalmayıb.

Yoxlama matçı olduğu üçün tərəflərin razılığı ilə braziliyalı legioneri Abdullax Xaybullayev əvəzləyib.

Qonaqlar ikinci yarıya da qolla başlayıb.

55-ci dəqiqədə fasilədə oyuna daxil olan Bilel Auşeriya uzaqdan vurduğu əla zərbə ilə fərqi iki topa yüksəldib.

Bir qədər sonra bölgə klubu kapitanını itirib. Fasilədə oyuna qoşulan Asif Məmmədov ağrılar içində yerini gənc Okan Təhməzliyə verib.

Qalan dəqiqələrdə meydanda ciddi hadisə baş verməyib.

Elvin Camalov, Amil Seydiyev və Jarl Marqarita kimi əsas heyət üzvləri milli komandalarda olan "Sabah" 90 dəqiqə heç özünə bənzəmədiyini deyə bilərik.

Əksinə, "qırmızı qaralar"ın futbolçuları daha istəkli, mübariz olmaları ilə diqqət çəkiblər.

Təbii ki, bu, bir yoxlama matçıdır.

Bəzən baş məşqçilər nəticəni bir kənara atıb, oyun gedişləri üzərində baş sındırırlar.

Bu görüşün də həmin görüşlərdən olub-olmadığını demək çətindir.

Qarşıdakı rəsmi oyunlarda hər şeyi daha dəqiq biləcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!