9 ildən sonra Azərbaycana qayıdan baş məşqçidən GÖZLƏNİLMƏZ QƏRAR!

23 Mart 2024 21:15 Qəbələ 11 476
9 ildən sonra Azərbaycana qayıdan baş məşqçidən GÖZLƏNİLMƏZ QƏRAR!

Fevralın 25-də «Qəbələ» ilə anlaşan Kaxaber Sxadadze gözlənilməz qərar verib.

O. «qırmızı-qaralar»ın Premyer Liqada qalıb-qalmamasından asılı olmayaraq, gələn mövsümü də Azərbaycanda keçirəcək.

Başqa sözlə, gürcüstanlı mütəxəssis 1,5 illik müqavilə müddətinə tam riayət etməyi lazım bilib.

55 yaşlı çalışdırıcı bu barədə fikrini klub rəhbərliyinin diqqətinə çatdırıb. Və təbii ki, onları sevindirib.

9 ildən sonra Azərbaycana qayıtmış Kaxa «qırmızı-qaralar»ı çətin vəziyyətdə atıb getməyi özünə yaraşdırmadığını bildirib. Yəni ki, I Liqada olsa belə, qalıb işləməyə davam edəcək.

«Qəbələ» 27 tura 16 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində məskunlaşıb. Kollektiv ondan 1 sıra yuxarıda qərarlaşan «Kəpəz»dan 11 xal geridədir.

Sxadadze əyalət təmsilçisini çempionatın 4 oyununa çıxarıb. Qəbələlilər onunla 3 məğlubiyyət alıb, 1 heç-heçə edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA