"Əgər Azərbaycandan təklif olarsa, baxaram, danışarıq"

21 Mart 03:20 Qəbələ 6 783
"Əgər Azərbaycandan təklif olarsa, baxaram, danışarıq"

"Qəbələ"nin sabiq vingeri Omar Hanni sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, iordaniyalı oyunçu Azərbaycanı tərk edərək Kiprə geri qayıtmasına aydınlıq gətirib.

Hanni "Qəbələ"dən ayrıldıqdan sonra "Doxa"ya transferini bu cür şərh edib:

"Qəbələ"də oynayarkən "Doxa"dan təklif gəldi. Rəhbərliklə, baş məşqçi ilə danışdıq, razılaşdıq.

Hiss etdim ki, yeni çağırışa ehtiyacım var, ona görə də "Doxa"ya keçdim. Komanda üçün çalışacam.

Əvvəllər də Kiprdə oynamışam, ona görə də liqanı tanıyıram. Amma "Doxa"dan əvvəl Azərbaycanın digər komandalarından təklif almamışdım.

Azərbaycanda çox yaxşı anlarım var. Hansısa neqativlikdən danışa bilmərəm. Azərbaycanı sevirəm".

İordaniyalı Premyer Liqamıza qayıtmaq haqda düşünəcəyini də deyib:

"Gələcəkdə yenidən Azərbaycan Premyer Liqasına qayıtmaq? Hər şey mümkündür.

Gələcək təklifdən asılı olacaq. Əgər təklif olarsa, baxaram, danışarıq. İndi isə bütün fikrim "Doxa"ya yönəlib".

24 yaşlı futbolçu yanvarın 19-da "Doxa" ilə müqavilə imzalayıb və o, mövsümün sonuna qədər bu kluba məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti