Azərbaycana qayıtdı, köhnə tanışlarını gördü, qol-boyun oldular - VİDEO

13 Mart 23:40 Qəbələ 448
Azərbaycana qayıtdı, köhnə tanışlarını gördü, qol-boyun oldular - VİDEO

“Sabah” - “Qəbələ” matçında qələbəyə sevinən tərəf meydan sahibləri oldu.

Krunoslav Renduliçin debüt oyununda komandası ona 2:1 hesabı ilə əldə olunan 3 xalı hədiyyə etdi.

Matç başa çatandan sonra baş məşqçilərin əl sıxmaması diqqətdən yayınmadı.

Nə meydan sahibi qismində Renduliç Kaxaber Tsxadadzeyə yaxınlaşdı, nə də Kaxa qələbə münasibətilə xorvatiyalı həmkarının yanına getdi.

Krunoslav paltardəyişmə otağına tələsdiyi halda, “Qəbələ”nin çalışdırıcısı təxminən 10 dəqiqə meydanda qaldı.

Öncə futbolçularına təsəlli verdi, sonra hakimlərə təşəkkür etdi, yekunda köhnə tanışları ilə görüşmək fürsəti qazandı.

Biri “Sabah”ın qapıçılarla işləyən məşqçisi, vaxtilə “Standart”da gürcünün rəhbərliyi altında oynamış Vitali Kovbalyov idi, digəri vaxtilə “İnter”də köməkçilərindən olmuş Vladimir Şeludko.

Hazırda meydan sahibi komandanın məşqçilər heyətində çalışan mütəxəssislər Kaxa ilə qol-boyun olandan sonra gürcünün köməkçisi Georgi Çixradzeyə də eyni münasibəti göstərdilər.

Maraq üçün bildirək ki, Kaxaber Tsxadadze 2008-ci ildə “Standart”ın, 2009-2015-ci illər aralığında “İnter”in (İndiki “Şamaxı”) baş məşqçisi olub. Onun dövründə komanda Azərbaycan çempionu olub, Rusiyada “Birlik kuboku”nu qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!