İlk dəfə Kaxa ilə işləyən futbolçu gürcüi barədə nə dedi?

12 Mart 23:00 Qəbələ 505
İlk dəfə Kaxa ilə işləyən futbolçu gürcüi barədə nə dedi?

Kaxaber Tszadadze də “Qəbələ”nin dərdinə dərman ola bilmir.

Gürcü çalışdırıcının gəlişindən sonra “Qarabağ”, “Səbail” və “Sabah”la oyunlara çıxan bölgə təmsilçisi hər üç halda meydanı tərk edib.

Görəsən, Elmar Baxşıyevlə Kaxaber Tsxadadzeni fərqləndirən cəhətlər hansılardır? O, futbolçulardan xüsusi şəkildə nə(lər)yi tələb edir? Yeni taktiki sxemə uyğunlaşmaq nə kimi çətinliklər yaradır?

Osama Xalayla ilə birlikdə “Qəbələ”nin ən məhsuldar futbolçusu olan (5 qol) Bilel Auaşeriya yeni baş məşqçi ilə bağlı Sportinfo.az-a danışıb:

“Kaxaber Tsxadadzenin gəlişindən sonra hər şey təzələnib. Yeni sistem, yeni filosofiya, yeni məşq proqramı – demək olar hər şey dəyişib.

Bu da normaldır. Futbolçular fərqli oyun üslublarına sahib olduqları kimi, baş məşqçilər də fərqli olur.

Bizim işimiz məşqçilər heyətinin tələblərini yerinə yetirməkdir ki, bunu edirik. Mövsümün gedişində yeni sistemə keçid asan olmasa da, buna uyğunlaşırıq.

Əlimizdən nə gəlirsə edirik. Təki “Qəbələ”ni bu vəziyyətdən xilas edək”.

“Qəbələ” Premyer Liqanın 27-ci turu çərçivəsində martın 16-da “Araz-Naxçıvan”ın qonağı olacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!