İDDİA: “Qurban Qurbanov Azərbaycanın əfsanəsidir, MDB-də ən güclü məşqçidir”

11 Mart 21:20 Qəbələ 2 357
İDDİA: “Qurban Qurbanov Azərbaycanın əfsanəsidir, MDB-də ən güclü məşqçidir”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Qurban Qurbanov və “Qarabağ” haqda xoş fikirlər səsləndirməkdə davam edir.

Ötən ayın son günlərində bölgə təmsilçisində Elmar Baxşıyevi əvəzləyən gürcüstanlı mütəxəssis “köhlən atlar”ın Avropada etdiklərindən ağızdolusu danışıb.

O, Sportinfo.az-ın əməkdaşı ilə söhbət edərkən 10 qat Azərbaycan çempionu haqda fikirlərini bildirərək, Qurbanovu MDB məkanının ən güclü məşqçisini adlandırıb:

“Qarabağ” çox yox, çox-çox böyüyüb. “Bayer” Bundesliqanın lideridir, “Bavariya”nı asanlıqla məğlub edir.

Və Bakıya gəlib “Qarabağ”dan 2 top buraxır. Mənə görə “Bayer” həmin matçda “Qarabağ”a uduzmalıydı. Bəli, məhz uduzmalıydı.

Hər birimiz “Qarabağ”ın adına sevinirik və təbrik edirik. Bu adam ölkə futbolu adına böyük işlər görür.

Qurban Qurbanov Azərbaycan futbolunun əfsanəsidir, bu dəqiqə postsovet ölkələrində ən güclü məşqçidir. Bu, birmənalıdır”.

Kaxaber Tsxadadze 2008-ci ildə “Stamdart”ı çalışdırıb, 2009-2015-ci illər aralığında “İnter”in baş məşqçisi olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"