"Qəbələ" dağılır, o, qazanır və… GÜLÜMSÜNÜR!

10 Mart 19:00 Qəbələ 1 610
"Qəbələ" dağılır, o, qazanır və… GÜLÜMSÜNÜR!

«Qəbələ»ni I Liqaya aparan yol hər həftə bir qədər də qısalaqdadır.

Kaxaber Sxadadzenin təyinatı ilə dəyişən nəsə yoxdur, məğlubiyyətlə bir-birini əvəz etməkdədir.

Baş məşqçi məsələsində uzun müddət tərəddüd içində vurnuxan, Elmar Baxşıyevi istefaya yollamağa gecikən rəhbərlik gürcünün iş başına keçməsindən hələlik fayda almır.

Hara alsın, iş-işdən çoxdan keçib. Gün batandan sonra yuxudan ayılan yönətimi Kaxa xilas edə bilməz və etmir də.

Ötən mövsüm «Kaspi»ni Qazaxıstan çempionatında saxlamaq tapşırığının öhdəsindən gəlməyən Sxadadze burada da eyni göstəriciyə imza atacaq.

«Sabah»a yenilgisonun başlanğıcıdır. Gürcü hara gəldiyini, onu nə gözlədiyini bilirdi.

Danışıqların gecə saat 4-ə qədər uzandığını da gizlətmir.

«Hə» deyənə kimi «Qəbələ»nin bir neçə oyununu izləyən Kaxanın bu gün futbolçularının 2 metrdən qapını dəqiq nişan ala bilməməkdə qınaması qeyri-səmimidir, uğursuzluğu öz üzərindən atmaq cəhdidir.

Əlbəttə, o, bütün bunlara hazır idi. Başa düşürdü ki, batmaq üzrə olan gəmini xilas etməyəcək, su artıq içəri dolub, bort əyilib.

Təklik Kaxanı sıxdığı üçün Azərbaycana qayıtmağa razılıq vçrib, anlayın. İşsiz-gücsüz olduğu üçün «Qəbələ»nin ödəməyə razılaşdığı 20 min manatı Georgi Çixradze ilə bölüşdürməyi fürsət saydı.

Ad-san, perspektiv, imic onun heç umrunda da deyil. Pul olsun, nəqd olsun, «Qəbələ» zad heç bir məna kəsb etmir Kaxadan ötrü.

Məğlubiyyətlərdən məyus birinin Masazırdakı oyunun son dəqiqələrində üzü gülümsəməz.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!