“Qurban Qurbanov heç kimdən çəkinmir, böyük məşqçidir, nə etdiyini bilir”

8 Mart 20:20 Qəbələ 2 774
“Qurban Qurbanov heç kimdən çəkinmir, böyük məşqçidir, nə etdiyini bilir”

“Qurban böyük məşqçidir və nə etdiyini bilir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin yeni baş məşqçisi Kaxaber Sxadadze deyib.

Ötən ay “qırmızı-qaralar”la 1,5 illik müqavilə imzalayan gürcüstanlı mütəxəssis “Qarabağ”ı çalışdıran Qurban Qurbanov haqda danışıb:

“O, heç kimdən çəkinmir. Bu, çox gözəl xüsusiyyətdir.

“Bayer Leverkuzen”? Hə, nə olsun ki Bundesliqada birinci yerdədirlər.

“Braqa”ya 0:2 hesabı ilə uduzan komanda 10 nəfərlə 2 qol vurmağı bacardısa, “Bayer”ə də yenə gücünü göstərəcək.

0:2-dən sonra “Qarabağ”ın növbəti mərhələyə yüksələcəyinə kim inanırdı? Demək ki, istəyəndə, mümkünsüzü mümkün etmək olur”.

Digər Xəbərlər
Xəbər Lenti