Azərbaycan klubu bu legionerlə müqaviləyə xitam verdi - SON DƏQİQƏ

7 Mart 10:40 Qəbələ 1 117
Azərbaycan klubu bu legionerlə müqaviləyə xitam verdi - SON DƏQİQƏ

“Qəbələ”də ayrılıq baş verib. Premyer Liqada çətin dönəmdən keçən əyalət təmsilçisi Gilad Abramovla vidalaşıb.

Ötən ilin iyulunda Azərbaycana gələn israilli yarımmüdafiəçi ilə 2 illik sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bölgə klubu ilə 2025-ci il iyunun 30-na qədər qüvvədə olan müqavilə imzalamış 23 yaşlı legioner müəyyən kompensasiya qarşılığında yola salınıb.

O, Premyer Liqanın ötən turunda «Səbail»lə keçirilən matçdan sonra əvəzedici heyətə göndərilmişdi.

Baş məşqçi Kaxaber Sxadadze 2:3 hesabıyla uduzduqları matçın 67-ci dəqiqəsində Əyyub Allaşı əvəzləmiş Abramovun çıxışından narazı qaldığı üçün xidmətindən imtina edib.

Gilad peşəkar karyerasına 2018/19 mövsümündə “Hapoel”də (Hadera) başlayıb. Son 5 mövsümü bu komandada keçirən yarımmüdafiəçi 118 oyunda 5 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti