“Qəbələ”də İNSİDENT! Sxadadze ona cavab qaytaran legionerin “qələmini qırdı“

6 Mart 13:00 Qəbələ 1 238
“Qəbələ”də İNSİDENT! Sxadadze ona cavab qaytaran legionerin “qələmini qırdı“

“Qəbələ”nin yeni baş məşqçisi Kaxaber Sxadadze Gilad Abramovu əvəzedici heyətə göndərib.

Yarımmüdafiəçi qeyri-müəyyən vaxta qədər ikinci komandada oynayacaq.

Sxadadze israilli legionerin üstündən niyə xətt çəkib? Gürcü mütəxəssis Abramovun onunla mübahisə etməsindən xoşlanmayıb.

Tərəfdər arasında narazılıq Premyer Liqanın 25-ci turunda «Səbail»ə 2:3 hesablı məğlubiyyətə görə olub.

Belə ki, Gilad 67-ci dəqiqədə Əyyub Allaşı əvəzləyib və heç nəylə yadda qalmayıb. Kaxa oyunun təhlili zamanı bunu irad tutub, o da razılaşmayıb və cavab qaytarıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti