"Qəbələ" I Liqaya "gözləyin, gəlirəm" söylədi - VİDEO

4 Mart 00:40 Qəbələ 265
"Qəbələ" I Liqaya "gözləyin, gəlirəm" söylədi - VİDEO

Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Qəbələ" "Səbail"i qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib.

"Qırmızı-qaralar"ın heyətində 13-cü dəqiqədə Urfan Abbasov, 26-cı dəqiqədə Osama Xalayla fərqləniblər. Qonaqlardan isə 58-ci dəqiqədə Yusif Nəbiyev, 65-ci dəqiqədə Rüfət Abdullazadə, 90+1-ci dəqiqədə Nir Bardea adını taploya yazdırıb.

Bundan əlavə, "Qəbələ"nin müdafiəçisi Lukas Afriko 41-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Xallarının sayını 37-yə çatdıran "Səbail" ikinci pillədə qərarlaşıb. 15 xala malik bölgə klubu sonuncudur.

Digər Xəbərlər
Xəbər Lenti