"Özlüyümdə "Qəbələ” ilə bağlı missiyamı bitmiş hesab edirəm"

2 Mart 03:20 Qəbələ 434
"Özlüyümdə "Qəbələ” ilə bağlı missiyamı bitmiş hesab edirəm"

"Qəbələ”nin sabiq baş məşqçisi Elmar Baxşıyev "Kəpəz”lə matçdan sonra istefa qərarını açıqladı.

Uzun illərdir formalaşdırdığı komandadan ayrılan mütəxəssis son vaxtlar uğursuz çıxışlardan sonra postundan ayrılmağın daha yaxşı olduğunu düşünərək belə addım atdı.

Sportinfo.az xəbər verir ki, Baxşıyev istefası ilə bağlı qaynarinfo-ya danışıb.

Əslində, mütəxəssisə ünvanlanacaq xeyli suallarımız vardı, lakin o fikirlərini daha qısa formada bildirməyi üstün tutdu:

"Son oyundan sonra qərara gəlindi ki, yolları ayıraq. "Qəbələ” ilə yaxşı və uğurlu mövsümlər keçirdik.

Nəticələrimizdə oyunçuların zədəli olması ilə yanaşı qırmızı vərəqələr və hakim səhvləri də rol oynadı. Əlbəttə, keçənilki oyunçuların komandadan ayrılması təsirsiz ötüşmədi”.

Baxşıyev "Qəbələ” ilə bağlı missiyasını bitmiş hesab etdiyini söyləyir:

"Komandaya topralnamağı və istədiyi yerə qalxmağı arzuladım. Futbolda ayrılıq qaçılmazdır.

İşlədiyim dönəmdə hər şeyi məsuliyyətlə etmişəm. Özlüyümdə "Qəbələ” ilə bağlı missiyamı bitmiş hesab edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti