"Qəbələ"də Sxadadzenin tələbinə kim məhəl qoymadı?

1 Mart 19:40 Qəbələ 872
"Qəbələ"də Sxadadzenin tələbinə kim məhəl qoymadı?

Kaxaber Sxadadzenin "Qəbələ"li futbolçulardan ilk narazılığı aldıqları qırmızı vərəqələrə görə olub.

O, bu barədə iradını kollektivlə ilk iclasındaca dilə gətirib.

Bundan sonrakı qarşılaşmalarda daha intizamlı olmalarını tələb edib.

Amma gürcüstanlı mütəxəssisin istəyi iclas zalındaca qalıb.

Belə ki, görüşdən cəmi bir gün sonra "qırmızı qaralar" "Qarabağ"la Premyer Liqanın 23-cü turundan təxirə salınan matçda üz-üzə gəlib.

Bölgə klubu 0:4 məğlub olduğunu oyunu yenə 11 nəfərlə tamamlaya bilməyib.

53-cü dəqiqədə israilli yarımmüdafiəçi Feras Abu Akal sərt oyuna görə qarşısında birbaşa qırmızı vərəqə görüb.

Bu, "Qəbələ"nin bu mövsüm Premyer Liqada aldığı sayca 7-ci qırmızı vərəqə olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti