Azərbaycan Premyer Liqasında ilkə imza atdı - yENİDƏN QAYIDAN

29 Fevral 23:20 Qəbələ 600
Azərbaycan Premyer Liqasında ilkə imza atdı - yENİDƏN QAYIDAN

Kaxaber Tsxadadze Azərbaycan çempionatlarının tarixinə yüksək dəstədə üç fərqli klubda çalışan ilk legioner baş məşqçi kimi düşüb.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, 2008-ci ildə “Standard”, 2009-15-ci illərdə “İnter”i (indiki “Şamaxı”) çalışdırmış gürcüstanlı mütəxəssis “Qəbələ”də debüt edib.

Onun debütü “Qarabağ”la XXIII turdan təxirə salınmış matça təsadüf edib. Tsxadadzenin yetirmələri 0:4 hesabı ilə uduzublar.

O, 3204 gündən sonra Premyer Liqaya qayıtmaqla bu rekorda imza atıb. Tsxadadzenin “İnter”dəki son matçı 2015-ci il mayın 22-də “Qarabağ”a qarşı olub – 2:1.

4 legioner baş məşqçi Premyer Liqada iki fərqli kluba rəhbərlik edib. Bunlar Cüneyt Biçər (“Bakı”, “Xəzər Lənkəran”), Rasim Kara (“Xəzər Lənkəran”, “Bakı”), Qyoko Hacıyevski (“Bakı”, “Simurq”) və Kemal Alispahiçdir (“Muğan”, “Rəvan”).

Digər Xəbərlər
Xəbər Lenti