Qvardiola da Azərbaycanda bu komandanı çalışdırsa…

29 Fevral 11:40 Qəbələ 913
Qvardiola da Azərbaycanda bu komandanı çalışdırsa…

Kaxaber Sxadadze 8 illik aradan sonra yenidən Azərbaycanda gördük.

«İnter»in pulu vaxtında 6 il görəv almış gürcünün hay-hayı gedib, vay-vayı qalan «Qəbələ»də necə baş çıxaracağı maraq doğurur.

Elmar Baxşıyev ona yaxşı miras qoyub getməyib. Problemlər dəhşətli dərəcədə çoxdur və onları tək-tək həll etməyə vaxt çatmayacaq.

Çünki mövsümün final mərhələsi başlamaq üzrədir və belə dar-macalda Kaxa yox, Pep Qvardiola da gəlsə, ondan möcüzə gözləməyə dəyməz.

Sehrli çubuğu yoxdur ki, uduzmağa öyrəncəli olmuş komandanı qısa zamanda qələbəyə «hamilə» etsin. Ya da sehrli xalat geyinib, mövsümü bir neçə ay əvvələ çəkmək gücündə deyil.

Nədir, odur.

«Qəbələ» dünən Kaxa ilə ilk matçını keçirdi. Ümumiyyətlə, 90 dəqiqəni iki hissəyə bölməliyik. Ev sahibləri fasiləyədək başqa, ikinci yarıda bir başqa futbol oynadı.

Oyuna sürətli başladılar, gözə xoş gələn futbolu ilə ümid verdilər. Paltardəyişmə otağına döyüşkən yollandılar, oradan ölüvay qayıtdılar.

Bu oyunu başından bəri izləyən bir kimsə təxmin etməzdi ki, final fiti «Qəbələ»nin böyükhesablı darmadağınını rəsmiləşdirəcək.

Fiziki cəhətdən hazırlığın zəif olması 50-ci dəqiqədən sonra «Qəbələ»ni yavaş-yavaş meydandan yox etdi.

Adama Diakabinin ilk qolu isə onları tamam stressə saldı, ruh düşkünlüyü əmələ gətirdi, beləcə, «şou» başladı, nə başladı!

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI