COP29

Azərbaycanda titul qazandı, üçüncü liqa klubu ilə müqavilə bağladı

29 Fevral 2024 11:20 Qəbələ 749
Azərbaycanda titul qazandı, üçüncü liqa klubu ilə müqavilə bağladı

Ötən ilin yayında "Qəbələ"dən ayrıldıqdan bu yana klubsuz qalmış Andrey Strijyak, nəhayət ki, özünə yeni iş yeri tapıb.

Sportinfo.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçi Xorvatiyada oynayacaq.

O, bu ölkənin üçüncü liqasında mübarizə aparan “HASK Zaqreb”lə anlaşıb.

24 yaşlı futbolçu yayda “Qəbələ”dən ayrılmışdı. O, bu komandanın heyətində Azərbaycan kubokuna sahib çıxıb.

Strijyak buna qədər isə, o, “Medimurye”(Xorvatiya), “Metallist”, “Olimpik Donetsk”,”Qornyak-Sport”, “Vorskla”, “Çernomorets”, “Arsenal Kiyev”(hamısı Ukrayna) klublarında oynamışdı.

Digər Xəbərlər
Xəbər Lenti