İlkin Fikrətoğlu - Xəzərin o tayında bacarmadı, bəs bu tayında nə edəcək?

28 Fevral 17:40 Qəbələ 1 129
İlkin Fikrətoğlu - Xəzərin o tayında bacarmadı, bəs bu tayında nə edəcək?

Döyüşkən ruhlu, emosional, üsyankar Kaxaber Sxadadze 9 illik ayrılıqdan sonra yenidən Azərbaycana qayıtdı.

Əvvəllər ölkəmizdə “Standard” və “İnter”də işləmiş gürcü mütəxəssisin bacarığına bu dəfə Premyer Liqada batmaqda olan “Qəbələ” ehtiyac duydu.

O, “Qəbələ” rəhbərliyi ilə ilyarımlıq müddəti olan müqaviləyə imza atdı.

Niyə məhz Sxadadze? Sözsüz, bu təyinatda “Qəbələ”nin köhnə-yeni idman direktoru Səbuhi Səfiyarlı faktoru əsas rol oynayıb.

Səfiyarlı-Sxadadze tandemi bir vaxtların məşhur Bakı “İnter”ində 3 il birgə işləyib. Və maraqlıdır ki, 2013-cü iin iyununda Səfiyarlı məhz Sxadadze ilə yaşanan problemə görə “İnter”dən ayrılaraq, Qəbələyə gəlmişdi.

Amma görünür, peşəkarlıq olan yerdə kin-küdurətə yer qalmır.

Sxadadze və ya əksərəyyətin dediyi kimi, Kaxanın məşqçi bacarığına Azərbaycan futbolu yaxşı bələddir.

“Standard”da işlədiyi 11 ayı bir kənara qoysaq, ondan sonra 6 il işlədiyi “İnter”in ən böyük uğurlarında məhz gürcü məşqçinin əməyi var.

2009-2015-ci illər ərzində Kaxanın başçılığı altnda “İnter” 1 dəfə Azərbaycan çempionu olub, 2 dəfə gümüş, eyni sayda bürünc medalları qazanıb. Azərbaycan Kubounun finaında oynayıb. MDB ölkələrinin çempionları arasında keçirilən ənənəvi “Birlik Kuboku” turnirinin qalibi adını qazanıb.

3 dəfə Avropa Liqasında 1-ci mərhələni keçırək, ikinci də uduzub. Üç halda avrokuboklarda mübarizəni penaltilər seriyasında dayandırb -

Çempionlar Liqasında “Lex”, Avroliqada “Asteras Tripolis” və “Elfsborq”la oyunlarda.Məhz bu məğlubiyyətlərə görə Sxadadzeni o zaman bəxtsiz məşqçi sayanar çox idi.

“İnter”dən ayrıldıqdan sonra 1 il Gürcüstan millisinin baş məşqçisi olan Kaxa gözlənilən nəticəni verə bilmədi. Ondan sonra Qazaxıstan həyatı başladı.

Əvvəlcə 1 il 3 ay “Kayrat”da işlədi, komandaya Qazaxıstan Superkubokunu və çempionatın gümüş medallarını qazandırdı. 2018-ci ildıə Çimkəntdən aldığı təklif dəyərləndirərək, “Ordabası”nın baş məşqçisi oldu.

2 il yarım ərzində bu komandaya Qaazaxıstan liqasının bürünc medallarını bəxş etdi. 2021-ci ilin mayında vətəninə qayıdaraq, Gürcüstanın bir nömrəli klubu – Tiflis “Dinamo”sunun başına keçdi.

Həmin vaxt “Dinamo” artıq Gürcüstan çempionluğunu təmin etsə də, baş məşqçi ilə yollarını ayırmışdı.

Sxadadzenin Çempionlar Liqasında sınağı isə bizim “Neftçi”yə qarşı oldu. Samir Abasov hər iki oyunda - həm Tiflis, həm Bakıda Sxadadzenin komandasını 2:1 hesabıyla məğılub etdi.

Sxadadzenin son iş yeri isə yenə Qazaxıstan olub. Elə də uzaqda yox, Xəzərin o biri sahilində - Aktau şəhərinin “Kaspi” komandasında . Amma orada fəaliyyəti cəmi 4 ay çəkib.

Qışda komandani yeni mövsümə hazırlayan Kaxanın fəaliyyəti fiasko lə müşayiət olunur. Komanda ilk 5 oyunun hamısında uduzur və qazaxlar gürcüyə “jaxjı yol” deyərək, yola salır.

Keçən ilin aprelindın bəri işsiz olan Kaxanın istirahəti 10 ay çəkir və nəhayət, ən uzun müddət işlədiyi ölkədən - Azərbaycandan təklif alır.

Kaxa “Qəbələ”yə tək gəlməyib. Vaxtilə birgə çalışdığı, bizim də “Simurq”dan tanıdığımız Georgi Çixradze də yanındadır.

Qapıçı məşqçisi Vüqar Mımmədov, fiziki hazrlıq məşqçisi Çağlar Volqa, analitik məşqçi Rakif Əliyev isə əvvəlki çalışdırıcı Elmar Baxşıyevin dövründən qalanlardır və onlar da Kaxanın korpusunda yer alıb.

Azərbaycanda işlədiyi ilk dövrlərdə təkcə məşqçiliyi ilə deyil, meydandan kənarda da emosionallığı, qafqazlılara xas dəliqanlığı, futbolçularını söyməsi, hakim və jurnalistlərlə insidentləri, rəhmətlik Böyükağa Hacıyevlə “söz atışmaları” ilə yaddaşlarda qalmışdı Kaxa.

İndi onun 55 yaşı var, bəlkə də artıq daha soyuqqanlı, daha müdrik olub. Amma istənilən halda Sxadadzenin həm işi, həm də xarakteri ilə Azərbaycan Pemyer Liqasına rəng qatacağına inanıram.

Onun ilk imtahanı isə avrostandartlara uyğun olacaq. Avropa Liqasının 16 ən güclü komandasından - biri “Qaarabağ”a, Azərbaycanın ən yaxşı məşqçisi Qurban Qurbanova qarşı.

Xoş gəldin, Kaxa! İmkanlı “İnter”dəki Sxadadzenin işi ilə kasıb “Qəbələ”dəki işini müqayisə etmək maraqlı olacaq.

Görək, Xəzərin o tayında liqada batmaqda olan “Kaspi Aktau”nu xilas eıə bilməyən Sxadadze Xəzərin bu tayında eyni vəziyytədə olan “Qəbələ”ni xilas edə biləcəkmi?

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti