"Ürəyimi, canımı, hər şeyimi verəcəm ki, “Qəbələ”ni Premyer Liqada saxlayım"

28 Fevral 16:40 Qəbələ 1 662
"Ürəyimi, canımı, hər şeyimi verəcəm ki, “Qəbələ”ni Premyer Liqada saxlayım"

“İndiyə qədər necə işləmişəmsə, bundan sonra da elə olacaq.

Azarkeşlərimiz bundan əmin olsunlar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Elmar Baxşıyevin istefasından sonra “Qəbələ”də baş məşqçi postuna gətirilən Kaxaber Tsxadadze deyib.

24 turdan sonra aktivində 15 xal olan bölgə təmsilçisi sonuncu pillədə qərarlaşıb. “Qırmızı-qaralar”ı ən yaxın izləyicisindən nə az, nə çox, 8 xal ayırır.

Maraqlıdır, gürcüstanlı çalışdırıcı qarşıdakı 12 turda bu qədər xal fərqinin aradan qalxacağına inanır? Ona inanan azarkeşlərə nə demək istəyir?

Dinləyək:

“Bir şeyi söz verirəm, hər gün səhərdən axşama qədər çalışacağam. Ürəyimi, canımı, hər şeyimi verəcəm ki, “Qəbələ”ni Premyer Liqada saxlayım.

Mən bura “Qəbələ” kimi klubu xilas etmək üçün gəlmişən. Azarkeşlərdən də xahişim budur ki, stadiona gəlib bizə dəstək versinlər.

“Qarabağ”la oyundan etibarən onları stadionda və yanımızda görməyi arzulayıram. Onlar dəstək versinlər, biz də ümidləri doğrultmağa çalışacağıq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti