İstefa verdi, üstörtlü danışdı: “Uğursuz çıxışa səbəb çoxdur"

28 Fevral 01:20 Qəbələ 377
İstefa verdi, üstörtlü danışdı: “Uğursuz çıxışa səbəb çoxdur"

“Qəbələ” vəziyyətdən çıxmaq üçün hər oyunda iradə göstərməlidir".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Qəbələ”nin sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

Fevralın 24-də “qırmızı-qaralar”la yollarını ayıran 44 yaşlı mütəxəssis hazırda Premyer Liqada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan bölgə təmsilçisinə bundan sonrakı dönəmdə uğurlar arzulayıb:

“Kəpəz”dən 8 xal geri qala bilərlər. Amma hər şey mümkündür. “Qəbələ”nin istədiyi yerlərdə qərarlaşmasını arzulayıram”.

Çalışdırıcı 2019-cu ildən rəhbərlik etdiyi komandanın cari mövsüm zəif nəticələr göstərməsinə də münasibət bildirib:

“Uğursuz çıxışa səbəb çoxdur. Komandadan çox sayda oyunçu getdi, kifayət qədər zədəli və cəzalılarımız oldu.

Biz də Premyer Liqanın XXIV turunda “Kəpəz”lə (1:2) qarşılaşmadan sonra rəhbərliklə görüşdük və yolları ayırmağı qərara aldıq”.

“Qəbələ” iki gün əvvəl gürcüstanlı Kaxaber Sxadadzeni baş məşqçi postuna təyin edib.

Digər Xəbərlər
Xəbər Lenti