ŞOK AÇIQLAMA! “O, karyerası ərzində ən az maaşı “Qəbələ”də alacaq”

27 Fevral 19:00 Qəbələ 2 314
ŞOK AÇIQLAMA! “O, karyerası ərzində ən az maaşı “Qəbələ”də alacaq”

“Düzünü deyim ki, baş məşqçi dəyişikliyinin, Kaxaber Sxadadzenin təyinatının bəzi adamları niyə bu qədər narahat eməsinin səbəbini başa düşmürəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı deyib.

Klub funksioneri yeni baş məşqçi təyinatı ilə bağlı yayılan bəzi iddialara cavab verib.

Təcrübəli idarəçi 1,5 illik müqavilə imza atmış gürcüstanlı mütəxəssisin maliyyə şərtlərində onlara böyük jest etdiyini bildirib:

“Bu təyinatı gah ona bağladılar ki, əgər Sxadadze gəlibsə, güclü sponsor tapılıb, çünkü böyük maaşa işləyən məşqçidir.

Mən onu deyim ki, o, karyerası ərzində ən az əməkhaqqını “Qəbələ”də alacaq. Bəlkə bu məbləği onun üçün simvolik saymaq olar.

Həyatda hər şey pul demək deyil. Elə münasibətlər, elə dəyərlər, insanların bir-birinə elə hörməti var ki, orada pul heç də əsas göstərici sayıla bilməz.

Bilmirəm, niyə camaat bunu qəbul eləmək istəmir.

İkinci tərəfdən, bəzi adamlar belə iddia edirlər ki, guya “Qəbələ”nin Premyer Liqada qalacağına söz verilib, ona görə də Sxadadzeni bura gətiriblər.

Bu fikir də məntiqsizdir. Əgər kluba belə bir vəd verilsəydi, biz heç baş məşqçini dəyişməzdik.

Elmar Baxşıyevə deyərdik ki, get işini işlə, onsuz da, heç kim Premyer Liqanı tərk etməyəcək, qal, yayda yaxşı transferlər edək, gələn mövsümə hazırlaşaq.

Təhlükə yox idisə, Baxşıyevin istefasını qəbul eləməyin, başqa məşqçi gətirməyin nə mınası var idi?

Nəyəsə görə insanlar hadisələrin norməl cərəyan eləməsini qəbul etmək istəmir. Başa düşmək istəmirlər ki, komandanın vəziyyəti pisdir, məğlubiyyətlər bir-birini əvəzləyir,

Premyer Liqadan düşmək təhlükəsi var, Elmar Baxşıyev istefa vermək qərarına gəldi. Bunların içində qeyri-adı heç nə yoxdur.

Belə çıxır ki, “Qəbələ”nin tanınmış məşqçi gətirmək ixtiyarı yoxdur? Onda biz başqa tanınmış məşqçi də gətirsəydik, yenə bu söz-söhbətlər çıxacaqdı.

Gedib bir təcrübəsiz məşqçi gətirsəydik, onda da deyəcəkdilər ki, “Qəbələ” Birinci Liqaya düşməyi ilə barışıb, rəhbərlik buna görə komandanı gəncə tapşırır, indidən gələn mövsümə hazırlaşır.

Təcrübəli məşqçini gətirdik ki, qoy hamı görsün, “Qəbələ” axırıncı yerdə olmasıyla barışmır. Klub haqda söylənilən iddialar, yenə demək istəyirəm ki, tamamilə əsassızdır.

Elmar Baxşıyevin istefasından sonra rəhbərliklə birgə bir neçə namizədin üzərində dayandıq. Sxadadza birinci namizəd idi. Klub rəhbərliyi onu yaxşı tanıyır. İşinə də bələd idik.

Onunla əlaqə saxladıq, sağ olsun, gəlməyə razı oldu. Klub rəhbərliyinə olan hörmətinə görə müqavilə şərtlərində çox güzəştə getdi.

Yerdə qalan təşkilati işlərdir, iki gün içində də Sxadadzeni Gürcüstandan bura gətirmək çətin olmadı”.

Digər Xəbərlər
Xəbər Lenti