QƏRİBƏ OLAY: Azarkeş səbəb soruşdu, futbolçu göz yaşlarını saxlaya bilmədi

27 Fevral 23:40 Qəbələ 598
QƏRİBƏ OLAY: Azarkeş səbəb soruşdu, futbolçu göz yaşlarını saxlaya bilmədi

“Qəbələ” Premyer Liqada qalmaq uğrunda mübarizə apardığı əsas rəqibinə məğlub oldu.

“Kəpəz”in Qəbələdə nominal meydan sahibi rolunda çıxış etdiyi qarşılaşmada gəncəlilər prinsipial rəqibi üzərində 2:1 hesabı ilə qələbə qazandı.

Əsas heyətdə yer alan Zurab Oçiqava “qırmızı-qaralar”ın ən zəif bənd idi desək yanılmarıq. Penaltiyə səbəbkar olan müdafiəçi ayrı-ayrı epizodlarda yol verdiyi səhvlərlə azarkeşlərin qəzəbinə tuş gəldi.

Oyun başa çatandan sonra stajlı fanatlardan olan Elvin Əliyev Zuraba yaxınlaşıb onunla söhbət etmək istədiyini bildirəndə, futbolçu razılıq verdi.

Azarkeş futbolçudan zəif oyununun səbəbini soruşub, hansısa probleminin olub-olmaması ilə maraqlandı. Məqsədi “3 nömrə”nin zəif çıxışının səbəbini öyrənmək idi.

Dialoqa kapitan Ürfan Abbasov müdaxilə edib, Elvinə komanda yoldaşının hazırda pis vəziyyətdə olduğunu, bununla bağlı başqa vaxt söhbət etməyin mümkünlüyünü bildirdi.

Çək-çevir bir neçə dəqiqə vaxt alınca, Zurab göz yaşlarını saxlaya bilmədi.

Ukrayna vətəndaşlığını daşıyan gürcü futbolçu azarkeşin narazılığının qarşısında kövrəlmişdi. Ürfanla digər futbolçular səbəbkara yaxınlaşıb onu sakitləşdirməklə avtobusa aparmağa nail oldular.

“Kəpəz”lə görüşdəki məğlubiyyətdən sonra “Qəbələ” 15 xalla sonuncu pillədə qərarlaşıb. Gəncə təmsilçisi 23 xalla rəqibini qabaqlayır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti