Premyer Liqa klubunun yeni baş məşqçisinə 2 yerli kömək edəcək

27 Fevral 16:00 Qəbələ 1 123
Premyer Liqa klubunun yeni baş məşqçisinə 2 yerli kömək edəcək

«Qəbələ»nin yeni baş məşqçisi Kaxaber Sxadadze 2 yerli köməkçi təyin olunub.

Rakif Əliyev və Vüqar Məmmədov 1,5 illik müqavilə imzalamış gürcü çalışdırıcının korpusunda yer alıb.

Onlar Elmar Baxşıyevlə də çiyin-çiyinə çalışıb.

2019-ci ildə «qırmızı-qaralar»ın sükanı arxasına keçmiş, ötən həftə isə buradan ayrılmış mütəxəssislə yanaşı, daha 2 nəfər düşərgəni tərk edib - Rasim Ramaldanov və Xaqani Məmmədov.

Kaxaber Sxadadze özüylə yalnız 1 yardımçı gətirib. Bu, vaxtilə «İnter»də (indiki «Şamaxı) birgə çalışdığı, daha sonra «Simurq»un başında dayanmış Georgi Çixradzedir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti