“Qəbələ”nin məşqçisinin “başqasını çağırın istefaya” dediyi şəxs kimdir elə? - VİDEO

26 Fevral 20:40 Qəbələ 756
“Qəbələ”nin məşqçisinin “başqasını çağırın istefaya” dediyi şəxs kimdir elə? - VİDEO

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”lə “Qəbələ”nin duelində birincilər qələbə qazandı.

Gərgin keçən qarşılaşmanın yekununda gəncəlilər rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacardı.

Oyunun sonlarına yaxın, 84-cü dəqiqədən başlayaraq yerli azarkeşlər baş məşqçi Elmar Baxşıyevi istefaya səslədi ki, bu hal bir neçə dəfə təkrarlandı.

Çağırış məşqçilər heyəti meydanı tərk edərkən də davam etdi. Həmin an Baxşıyevin köməkçisi Rasim Ramaldanov azarkeşlərə sərt reaksiya verdisə, Xaqani Məmmədov şübhəli sözlərlə diqqət çəkdi:

“Başqasını çağırın istefaya”.

“Başqası”nın kim olduğunu müəyyənləşdirmək bizim üçün çətin olsa da, mütləq ki, Məmmədov “günah keçisi” kimi klubun sabiq və ya indiki rəsmilərindən kimisə nəzərdə tuturdu.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti