Nərimanın göz yaşlarını Qurban Qurbanov öz göz yaşlarıyla sildi

26 Fevral 13:40 Qəbələ 334
Nərimanın göz yaşlarını Qurban Qurbanov öz göz yaşlarıyla sildi

Möhtəşəm bir oyun oldu.

Və "Qarabağ" 1/8 finala yüksəldi.

Uduzmağına baxmayaraq, ümumi hesabda qalib gəldi. Və komanda elə mən həmişə dediyim kimi Qarabağ ayğırları kimi vuruşdu və axıradək döyüşdü.

70 dəqiqə 10 nəfər qalmalarına baxmayaraq, ruhdan düşmədilər, oynadılar, axıradək döyüşdülər. Və Qurbanın dediyi oldu, keçən oyunda Nəriman qol vura bilməyəndə demişdi ki, bu onun böyüməyinə gətirib çıxacaq.

Nəriman da sübut elədi, Qurban hocanın da dediyi sübut olundu ki, Nəriman oyunda qəhrəmana çevrildi və 19 yaşlı bu oğlan komandanı xilas elədi.

Hamınızı təbrik edirəm, komandanı təbrik edirəm. Hocam, səni təbrik edirəm.

Və mənə tez-tez zəng edib soruşurlar ki, 1/8 finalda necə olacaq, mən də deyirəm ki, at kimi tapdayıb keçəcəyik "Bayer"i də.

Başqa nə deyim, deyim uduzacağıq bəri başdan ruhdan salım komandanı?

Mən inanıram komandamıza, həmişə inanmışam, yenə də inanıram. Srağagün bir qurban kəsdirmişəm komanda üçün, bu dəfə də Nərimanın adına bir qurban kəsdirəcəm.

Aqil Abbas

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı