Kapitandan Elmar Baxşıyevə vida mesajı: "Hələ bu işin başlanğıcıdır"

25 Fevral 19:25 Qəbələ 968
Kapitandan Elmar Baxşıyevə vida mesajı: "Hələ bu işin başlanğıcıdır"

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev postundan istefa verib.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar"ın kapitanı Asif Məmmədov sosial şəbəkə hesabında 42 yaşlı mütəxəssislə bağlı paylaşım edib.

36 yaşlı yarımmüdafiəçi Baxşıyevə uğurlar arzulayıb:

"Birlikdə çalışdığımız bu 4 ildə sevincimiz də, kədərimiz də birlikdə oldu. Hələ bu işin başlanğıcıdır.

Qarşıda çox uğurlar sizi gözləyir. Bacarığınızla, dürüstlüyünüzlə Azərbaycan futbolu üçün görəcəyiniz çox iş var.

Uğurlarınız bol olsun!"

Digər Xəbərlər
Xəbər Lenti