İstefaya aparan olay: “Formanı çıxarın, rədd olub gedin!” - VİDEO

24 Fevral 20:40 Qəbələ 1 662
İstefaya aparan olay: “Formanı çıxarın, rədd olub gedin!” - VİDEO

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan komandaların oyunu kifayət qədər gərgin alındı.

Öncə nominal meydan sahibi “Kəpəz” hesabı açdı, ardınca qəbələlilər hesabı bərabərləşdirdi.

İkinci hissədə Amil Yunanovun penaltidən vuirduğu qol yekun nəticəni müəyyənləşdirdi.

Oyunun 84-cü dəqiqəsindən başlayaraq Qəbələ şəhər stadionunun tribunalarını “istefa” şüarı bürüdü.

Mesajın kimə ünvanladığını gözləmək üçün bir neçə saniyə lazım gəldi. Azarkeşlər baş məşqçi Elmar Baxşıyevin adını çəkib, günahı onda gördüklərini açıq şəkildə bildirdilər.

Bir neçə dəfə təkrarlanan şüar hakimin final fitindən sonra da davam etdi.

Bir neçə nəfər isə “Formanı çıxardıb, rədd olun gedin” qışqırmaqla futbolçuların formanın haqqını vermədiklərinə işarə vurdular.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti