Nəhayət, o, getdi…

24 Fevral 16:40 Qəbələ 493
Nəhayət, o, getdi…

2019-cu ilin avqustunda görəv başına keçən Elmar Baxşıyevi bugündən «Qəbələ»yə heç nə bağlamır.

Nə maddi, nə mənəvi,

Ayrılıq qərarı verməyə gecikdi. Çox gecikdi. Və sonluq onu bitirdi.

Baxşıyev ötən ilin yayında, yeni mövsümün bavşlamasına 1 ay qalmış getməli idi.

Nə vaxt ki, klub rəhbərliyi ölkə kubokunu qazanan heyəti saxlamaqdan imtina etdi, normal büdcə ayırmadı, günün digər tələblərini yerinə yetirmədi.

Gərək Baxşıyev elə onda gedərdi. Onun etməli olduğu yalnız bu idi. Ya çəkindi, ya qorxdu.

Sözünün üstündə axıradək dayanmadı. Demişdi e, «istəklərim həyata keçirilməsə, mən də qalmayacam», bax bu.

Demişdi, amma deməmiş oldu.

O, şappıltı ilə bu vəziyyətdən çıxacağını güman elədi. Necə də sadəlövh imiş..!

Hər uduzduqları oyundan sonra «mən bu komandaya inanıram» söyləyirdi. Məğlubiyyətlər sıralandı, bu kdlməni də ucuzlaşdırdı.

Gah hakimlərə, gah rəqiblərə söyləndi. Ancaq özü-özünə söyləmədi ki, mən niyə buradayam, burada qalmalıyam? P

Papağını qarşısına qoyub gedişatı dərindən götür-qoy etmədi və axırı da bu.

Klubdaxili çəkişmələr, rəsmilərin bir-birləriylə yola getməməsi, yanlış transfer siyasəti, alınan futbolçuların siyahısının baş məşqçi tərəfindən müəyyənləşdirilməməsi, daha nələr, nələr…

«Qəbələ» başdan-ayağa problemdir, cansıxıcı klubdur. Fələk gəlsə, o da baş açmaz buradakı idarəçilərdən.

Baxşıyev yol verdiyi yanlışın, istefaya aparan marşrut xəttinin sonunu görmədi. Qış fasiləsində də getmədi, kreslonu ikiəllə qucaqladı, hərəkətləri ilə «səndən ayrıla bilmirəm» dedi.

«Qəbələ»ni iki dəfə Avropaya daşıdı, titul sahibi etdi, özünü isbatladı, gəl ki, vaxtında yumruğunu stola bərk çırpmadı. Heç çırpmadı ha…

Təlafi etməsi çox çətin olacaq bu xətanı.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti