“Heç kimdən qaçmıram, çıxış yolunu mənim getməyimdə görürlərsə...”

23 Fevral 20:10 Qəbələ 583
“Heç kimdən qaçmıram, çıxış yolunu mənim getməyimdə görürlərsə...”

Sportinfo.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 24-cü turunun "Kəpəz"lə (1:2) oyunundan sonra sualları cavablandırıb.

- Oyuna yaxşı hazırlaşmışdıq. Komanda istəkli idi. Qalib gəlmək istəyirdik, təəssüf ki, alınmadı. Çox danışmaq istəmirəm

- Klub rərbərliyi ilə iclas keçirirdiz?

- Xeyr, komanda ilə danışırdıq. Tövsiyyələrimizi verirdik, komandanı növbəti oyuna kökləyirdik.

- Oyunun qırılma nöqtəsi hansı epizod oldu?

- Hər şey biz istədiyimiz kimi deyil. Oyunun qırılma nöqtəsi başqa detaldır. Verilməyən penaltilər var. Futbolçunun başını yarmalıdırlar ki, penalti versinlər? Bizə qarşı fərqli qərar verirlər.

- İlk dəfədir ki, Qəbələdə istefa şüarları səsləndirilir...

- Azarkeşləri də başa düşürük. Onlar komandanı yaxşı görmək istəyirlər. Düşünürlər ki, baş məqşçi getsə, hər şey düzələcək. Mən yapışıb qalmamışam, mənə inana insan var. O nə vaxt yolları ayıracaqlarsa, mən də gedəcəyəm.

- Emil Səfərovun zəif oyununun səbəbi nə idi? Həyəcanla bağlı ola bilər?

- Emil artıq gənclik mərhələsini keçib. Millinin futbolçusu həyəcanlanırsa, onun inkişafında problem olacaq. Amma səbəb həyəcan deyildi. Zəif oynadı, toparlanmalıdır.

- Azarkeşlərlə görüşünüz olacaq?

- Mən bir ay deyil ki, buradayam. Heç kimdən qaçmıram, kim istəsə, görüşə bilərik. Çıxış yolunu mənim getməyimdə bilirlərsə, klub prezidenti ilə görüşüb istəklərini bildirsinlər.

- Əlinizdəki heyət bu yerə layiqdir?

- Heyət o qədər də aciz deyil.Amma 24 tur ərzində 9 dəfə azlıqda qalmışıq. Problem özümüzdədir. Komanda dişini göstərməlidir. Məşqdə fərqli istək görürük, amma oyunda bunu görə bilmədik.

- Komandanın uğursuzluğunu sabiq baş menecer Nail Kərimova bağlamaq olar?

- Düşünürəm ki, yoxdur. Səbəbləri bir nəfərdə görmək lazım deyil. Ötənilki futbolçuları saxlamaq çox çətin oldu.

- "Kəpəz"ə ev oyunlarını Qəbələdə keçirməyə icazə vermisiz. Əsas rəqibiniz sizin stadionda xallar qazanır. Sizcə, bu, doğrudur?

- Bu, mənə aid olan sual deyil. Məsuliyyət həmişə məşqçinin üzərində olur. Bu durumdan xarakter göstərib çıxacağıq.

- Qarşıda 12 tur var. Komandanın neçə xal yığacağını düşünürsünüz?

- Rəqəmlə demək çətindir, hər oyunun öz hökmü var. Bu oyun bütün komandaya bir siqnal olmalıdır. Bəli, artıq çox şeyi itirmişik. Amma fikirləşsək ki hər şey bitib, onda mübarizə dayanacaq. Komandama inanıram.

- Ötən mövsüm son pillələrdə olan komandaların baş məşqçiləri bildirirdilər ki, Premyer Liqadan düşmək ləğv olunsun. Siz necə düşünürsünüz, idman prinsipləri qorunmalıdır?

- Bizim işimiz komanda ilə bağlıdır. Düşmək olacaqsa, barışmaq lazımdır. Qanun nəyi tələb edirsə, ona uyğunlaşmalıyıq.

Digər Xəbərlər
Xəbər Lenti