“Qarabağ” uğurları böyük olmayan büdcə ilə qazanıb“

21 Fevral 03:40 Qəbələ 768
“Qarabağ” uğurları böyük olmayan büdcə ilə qazanıb“

“Hazırda klubsuzam, futbol məktəbi açmışam.

Bu işlərə başım qarışıb. Görək sonra necə olacaq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında “Qəbələ”nin sabiq qapıçısı David Petrzkeviç deyib.

Polşalı qolkiper Azərbaycanda “Qəbələ”dən əvvəl - 2012-2013 mövsümündə “Simurq”da çıxış edib. Petrzkeviç 2013-2014 mövsümü və 2015-2017-ci illərdə isə “Qəbələ”də oynayıb.

Azərbaycandan getdikdən sonra Polşa klublarında çıxış edən qapıçı sabiq komandası "Qəbələ"nin hazırda çempionatda sonuncu pillədə olmasına təəssüfləndiyini bildirib:

“Düzünü desəm, vaxtım az olur. Ona görə də Azərbaycan çempionatı və “Qəbələ”nin nəticələri ilə maraqlanmıram.

Yəni hazırda “Qəbələ”də kimlər oynayır, komanda necə çıxış edir, bunları bilmirəm. Amma onu bilirəm ki, “Qəbələ” hazırda sonuncu pillədədir.

Buna çox təəssüflənirəm. Çünki “Qəbələ” həmişə yaxşı komanda kimi tanınıb.

Orada güclü futbolçular çıxış edib. Həmişə klubda yaxşı nizam-intizam, komandada baxımlı futbol olub.

Düşünürəm və inanıram ki, komanda yenidən əvvəlki gücünü qaytaracaq, həmişə gördüyümüz “Qəbələ” olacaq. Bu komandanın 1-ci liqaya düşməsi çox üzücü olar.

Mənə elə gəlir ki, “Qəbələ” özündə güc tapacaq və Premyer Liqada qalacaq. Belə komanda güclülər dəstəsində olmalıdır”.

36 yaşlı qolkiper “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində səfərdə “Braqa”ya qalib gəlməsi (4:2) haqda da danışıb:

“Qarabağ” həmişə güclü komanda olub. Onlar uğurları böyük olmayan büdcə ilə qazanıb.

Mən deyərdim ki, “Qarabağ” Avropanın güclü komandalarından biridir. “Braqa” kimi bir Portuqaliya komandasına səfərdə 4:2 hesabı ilə qalib gəlmələri də bunu göstərir.

Məncə, “Qarabağ” Bakıda da yaxşı oynayacaq və güclü rəqib olan “Braqa”nı mübarizədən kənarlaşdıracaq”.

Digər Xəbərlər
Xəbər Lenti