Bölgə klubunun məğlubiyyəti əsəbləri tarıma çəkdi: "Mən nə edim axı?"

16 Fevral 19:40 Qəbələ 900
Bölgə klubunun məğlubiyyəti əsəbləri tarıma çəkdi: "Mən nə edim axı?"

"Qəbələ" Premyer Liqada uğursuz çıxışına davam edir.

Komanda ardıcıl 5-ci səfər oyununda da meydanı məğlub tərk etdi.

Belə ki, "Turan Tovuz"un qonağı olan Elmar Baxşıyevin kollektivi sonda 1:2 hesablı məğlubiyyətə üzülməli oldu.

Alınan mənfi nəticələrdən təngə gələn tərəfdarlar ürək sözlərini futbolçulara demək üçün final fitindən sonra görüşün ən yaxşılarından olan Emil Səfərovu olduqları tribunaya çağırıblar.

Fanatların "7 nömrə"ni seçməsi təsadüf olmayıb.

Məqsəd oyunlarda göstərdiyi mübarizə əzminə görə ona təşəkkür etmək və yoldaşlarından da belə oynamasını tələb etmək olub.

Lakin Səfərov fanatların yanına yaxınlaşmamaq qərarı verib.

O, bir qədər aralıdan azarkeşlərə səslənərək, "mən nə edim axı?" - deyə, narazılıq bildirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti