“Bilirik ki, nələrisə düzəltməliyik” – Yenə bəhanə, yenə vəd!

13 Fevral 17:50 Qəbələ 653
“Bilirik ki, nələrisə düzəltməliyik” – Yenə bəhanə, yenə vəd!

"Qəbələ" Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki. "qırmızı qaralar"ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- Çətin oyun alındı. İki fərqli hissı izlədik. Birinci hissdə daha çox rəqibin üstünlüyü var idi. İkinci hissədə yaxşı oynadıq. Sonda ikinci qolu vurmaq nəsib olmadı. Sonuncuyuq. Bilirik ki, nələrisə düzəltməliyik.

- Kubok matçının yorğunluğu hiss olunurdu?

- Belə düşünmürəm. Amma reallıqdır. Üç gündən bir oynayırıq. Bu da təsirsiz ötüşmədi. Amma tək biz deyilik. Hər iki turnirdə oynayırsansa, bu problermlə üzləşirsən. Zədəli və cəzalı oyunçularımız çox olduğu üçün rotasiya edə bilmədik.

- Hücum xəttində problem görünür. Bunu necə aradan qaldırmağı düşünürsüz?

- Tək hücumda yox, müdafiədə də problemlərimiz var. Ən çox qol buraxan komandayıq. Zədəli və cəzalı futbolçular qayıdandan sonra daha yaxşı olacağıq.

Digər Xəbərlər
Xəbər Lenti