“Komandanı Premyer Liqada saxlayacağıq” - Avazı yaxşı gəlir

10 Fevral 21:20 Qəbələ 1 109
“Komandanı Premyer Liqada saxlayacağıq” - Avazı yaxşı gəlir

“İnanıram və əminəm ki, biz tapşırığın öhdəsindən gələcəyik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin braziliyalı müdafiəçisi Lekas Afriko deyib.

“Qəbələ”nin Premyer Liqadakı durumu kritikdir. “Qırmızı-qaralar” 21 tura cəmi 15 xal toplayıb və turnir cədvəlinin son pilləsində yerləşib.

Cənubi amerikalı legioner iddia edib ki, komandanı elitada saxlaya biləcəklər:

“Qəbələ”nin Premyer Liqadakı yerinə qoruyacağıq. Başqa cür ola da bilməz!

Çox yaxşı heyətimiz var. Cəzalı və zədəli futbolçularımız qayıdandan, yeni transferimiz komandaya kömək edəndən sonra dəyişiklikləri özünüz görəcəksiz”.

Digər Xəbərlər
Xəbər Lenti