"Qəbələ"li yarımfinala yüksəlməyin sirrini açıqladı: "Əsas odur ki..."

10 Fevral 13:00 Qəbələ 953
"Qəbələ"li yarımfinala yüksəlməyin sirrini açıqladı: "Əsas odur ki..."

"Gözlədiyimiz kimi çox ağır oyun keçdi".

Bu fikirləri Ölkə Kubokunun 1/4 final mərhələsinin "Araz Naxçıvan"la cavab oyunundan sonra "Qəbələ"nin müdafiəçisi Murad Musayev Sportinfo.az-a açıqlamasında dilə gətirib.

Təcrübəli müdafiəçi ilk hissənin sonlarında vurduqları ardıcıl qolların cütün müqəddəratını həll etdiyini bildirib:

"İlk oyundakı bərabərliyə görə cavab matçında şanslar eyni idi. Matçda ilk qolu vurmaq önəmli idi.

Şükürlər olsun ki, ilk hissədə iki qol vura bildik. Məhz həmin qollarla oyunun taleyini həll etdiyimizi düşünürəm.

İkinci hissə nisbətən geridən oynamağa başladıq. Bu da hardasa normal idi.

İstər-istəməz yorğunluq özünü göstərirdi. Əsas odur, mərhələni adladıq. Buna görə çox şadıq".

İlk görüşdə rəqibi ilə 1:1 hesablı bərabərliyə razılaşan "Qəbələ" cavab görüşündə 2:0 qalib gələrək Ölkə Kubokunda yarımfinala yüksəlib. "Qırmızı qaralar"ın bu mərhələdə rəqibi "Zirə" olacaq.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti