"Qarabağ" xahiş etmişdi - Yeni qərar verildi

9 Fevral 2024 17:20 Qəbələ 2 298
"Qarabağ" xahiş etmişdi - Yeni qərar verildi

Premyer Liqada 23-cü turdan təxirə salınmış “Qəbələ” - “Qarabağ” matçının vaxtı məlum olub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, oyun fevralın 28-də keçiriləcək.

"Qəbələ" - "Qarabağ" oyununun fevralın 18-də keçirilməsi nəzərdə tutulurdu. Ancaq Ağdam klubunun rəsmi müraciəti, “Qəbələ”nin razılıq məktubunu və “birincilərin Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə oyununu nəzərə alan PFL matçı təxirə salıb.

28 fevral (çərşənbə axşamı)

19:00.“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu

Digər Xəbərlər
Xəbər Lenti