Premyer Liqa təmsilçisinə 30 min manat gəldi

8 Fevral 2024 20:00 Qəbələ 2 394
Premyer Liqa təmsilçisinə 30 min manat gəldi

Premyer Liqada işləri qaydasında getməyən “Qəbələ” həm də maddi imkanlarını qaydasında saxlamağa çalışır.

Kluba qazanc gətirən sahələrdən biri yaşıl meydandır. Əsas komandanın oynadığı sahə “Kəpəz”ə icarəyə verilir ki, bu, “Qəbələ”yə müəyyən vəsait qazandırır.

Premyer Liqada ən zəif maliyyəyə malik Gəncə təmsilçisi xeyli vaxtdır qəbələlilərin borcunu verə bilmirdi. Borcun 25 min manata qədər yüksəldiyi haqda xəbərlər var idi.

Sportinfo.az xəbər verir ki, “Kəpəz” bu həftənin ilk günü “Qəbələ”nin qapısını döyərək borcunu verib. Nə az, nə çox, düz 30 min manat.

Bu, bir neçə matçda meydanın və otelin xidmətindən yararlanmağın haqqıdır.

Maraq üçün bildirək ki, “Kəpəz”in bir oyun üçün Qəbələdə məskunlaşması və nominal meydan sahibi rolunda olması kluba 7-8 min manata başa gəlir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA