Premyer Liqa təmsilçisinin azarkeşləri "qeybə çəkildi" - VİDEO

8 Fevral 2024 20:40 Qəbələ 1 931
Premyer Liqa təmsilçisinin azarkeşləri "qeybə çəkildi" - VİDEO

Premyer Liqadakı yerini qorumaq uğrunda mübarizə aparan “Kəpəz” avrokuboklara vəsiqəyə iddia edən “Araz-Naxçıvan”ı qəbul edib.

Oyun birincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qərb təmsilçisinin nominal meydan sahibi qismində iştirak etdiyi qarşılaşmada gəncəlilər tribunalardan lazım olan dəstəyi alıb.

50-yə yaxın “Xəmsə” üzvü sevimli komandalarını dəstəkləmək üçün Qəbələyə təşrif buyurub.

“Araz-Naxçıvan”ın fanatları isə buna gərək duymayıb. “Dalğa Arena”dakı ev matçlarında tribunada 100-150 nəfərlə təmsil olunan azarkeşlər Qəbələ səfərinə yollanmayıb.

Nəticədə Muxtar Respublika təmsilçisi 90 dəqiqə ərzində dəstəksiz qalıb. Tribunalardan yaılnız “Kəpəz” səsləri eşidilib.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA