Bu hadisəyə məyus oldu: “Üzülməsinlər, qayıtsınlar, komandanı bu durumdan çıxaracağıq”

7 Fevral 2024 21:00 Qəbələ 1 854
Bu hadisəyə məyus oldu: “Üzülməsinlər, qayıtsınlar, komandanı bu durumdan çıxaracağıq”

“Bunu izah etmək çox çətindir”.

“Qəbələ”nin hücumçusu Samuerl Tetteh Sportinfo.az-a açıqlamasında belə deyib.

Cari mövsümdən Azərbaycanda çıxış edən qanalı legioner “boş tribunalar önündə oynamaq necə hisdir” sualını bu cür cavablandırıb:

“Futbolçulara motivasiya verən komandanın azarkeşləridir. Biri var arxana dönüb baxanda tribunada azarkeşləri və onların dəstəyini görəsən, biri də var boş oturacaqları.

Fanatlarımızı çox yaxşı başa düşürəm. Nəticələr onları qane etmir deyə narazıdırlar.

Üzülməsinlər, qayıtsınlar və bizə dəstək verməkdə davam etsinlər. “Qəbələ”ni bu durumdan çıxaracağıq. İndiki məqamda onların dəstəyinə ehtiyacımız var”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA