AFFA bu prinsiplərə sadiq qalsa, Premyer Liqada onlara yer olmayacaq

6 Fevral 2024 15:00 Qəbələ 1 301
AFFA bu prinsiplərə sadiq qalsa, Premyer Liqada onlara yer olmayacaq

Premyer Liqanın hər ötən həftəsi «Qəbələ»ni I Liqaya bir addım da yaxınlaşdırır.

Çıxılmaza giriblər, dönüş qapısı bağlı görünür.

Ruh düşkünlüyü komandanın qanına işləyib. Özləri özlərinə inanmırlar ta. Bədbinlk basıb futbolçuları.

Mövsümün əvvəlində və ortasında o qədər boşluqlara yol veriblər, o qədər məsluiyyətsiz davranıblar, o qədər intizamsız hərəkətlər ediblər ki… İndi bunları yığıb-yığışdırmaq hər oğulun işi deyil.

Elmar Baxşıyev çox məyusdur. Qələbə qazana bilmədikləri hər mətbuat konfransından sonra pozitiv görünməyə çalışsa da. Kaş onda olan gələcəyə inamın 1 faizi də oyunçularında olardı.

Su girdi qaba, oldu içməli. Artıq «Kəpəz»dən 6 xal geridirlər. Vaxt itirməyə dəyməz, elə bugündən I Liqanın hazırlığını görməyə başlasalar, öz xeyirlərinədir.

Nə qədər gec deyil, akademiyanın gənclərinə üstünlük verməyə başlasınlar.

Ordan çıxan beş-on uşaq var, yaxşı olar ki, onlara şans tanısınlar, qoy, böyük futbolun havasını udsunlar,

Premyer Liqada təcrübə toplasınlar, sabah Birinci Liqada karlarına çatacaq.

Onsuz da, aşağı dəstəyə yuvarlanandan sonra bu legionerlərin biri də Qəbələdə qalmayacaq, kimdir indi aldıqları pulu gələn mövsüm də ödəməyə davam edən.

Boş yerə özlərini yormasınlar, AFFA idman prinsiplərinə sadiq qalsa, «Qəbələ»yə «əppək» çatmayacaq.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA