“Qəbələ”ni çətin vəziyyətdə qoyan adam “Sportinfo”ya nələr söylədi?

5 Fevral 2024 23:40 Qəbələ 946
“Qəbələ”ni çətin vəziyyətdə qoyan adam “Sportinfo”ya nələr söylədi?

Lukas Afriko Sportinfo.az-a müsahibə verib.

Son 3 oyunun 2-də qırmızı vərəqə almaqla “Qəbələ”ni azlıqda qoyan braziliyalı müdafiəçi həm bu, həm də digər mövzularla bağlı sualları cavablandırıb.

- “Araz-Naxçıvan”la ilk görüşdə qələbə qazanmaqla yarımfinalın qapısını aralaya bilərdiniz. Öncə 1:0-ı əldən verdiz, sonra da əlverişli imkanları dəyərləndirə bilmədiz.
- Sizinlə tazm razıyam. Az öncə paltardəyişmə otağında bu barədə danışırdıq. Bir qədər diqqətli və dəqiq olsaydıq, sərfəli nəticə ilə qalib gələ bilərdik. Qarşıda cavab oyunu da var. Fikrimcə, doğma meydanda, öz azarkeşlərimizin qarşısında hədəfə çatmaq üçün yaxşı şansımız var.

- Səfər heç-heçəsini sərfəli nəticə hesab edirsən?

- Son 20 dəqiqədə 10 nəfərlə qaldığımızı nəzərə alsaq, heç-heçəni qənaətbəxş hesab etməliyik. Yarımfinalı arzulayırıqsa, təbii ki, daha artığını etməliyik. Həmin matçda oynamasam belə, komanda yoldaşlarımın bunu bacaracağına inanıram.

- “Qəbələ” son 3 oyunun hamısını azlıqda başa vurub. Bunu nə ilə əlaqələndirə bilərsən?

- Bunu edənlərdən biri də mənəm. Açığı, izah vermək üçün söz tapa bilmirəm. Yaxşı nəsə etmək, komandaya fayda vermək üçün mübarizələrə girişirik, sonu belə olur. Heç bir futbolçu bilərəkdən “qırmızı” almır.

- Məsələn, bugünkü epizodda nə etmək istəyirdin? Topa rəqibdə ikən topa iki ayaqla tullanmağa nə gərək vardı?

- Videotəkrara baxmamışam, amma mütləq baxacağam. Orada niyyətim rəqibin ayağına toxunmaq yox, topu uzaqlaşdırmaq idi. Bəzən elə epizod olur ki, həmin an tələsirsən, yaxud hədsiz istəkli olursan. Mübarizə anında qərar vermək çətin olur, həmin an oyunun təsiri altında olursan. Təbii ki, komandanı azlıqda qoymağım xoş hal deyil.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA