“Əvvəlki “Qəbələ”nin yüksəlişi də onun gəlişindən olmuşdu”
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
Tanınmış teleşərhçi Səbuhi Səfiyarlının “Qəbələ”yə idman direktoru olaraq dönüşünü dəyərləndirib.
Səbuhi Səfiyarlı bundan əvvəl də "Qəbələ"də müxtəlif vəzifələrdə çalışıb. Roman Qriqorçuk komandaya rəhbərlik etdiyi dövrdə klubun meneceri kimi fəaliyyət göstərib.
E.Abbasov bildirib ki, əyalət klubu Səfiyarlının ilk təyinatınadək də xeyli uğursuzluqlar yaşayıb:
“Böyük büdcə xərcləsələr də, onda heç nə edə bilməmişdilər. Xeyli səmərəsiz transferlər həyata keçirmişdilər.
İndi isə onun təyinatı bir qədər gec baş tutdu. Komanda qış fasiləsində yeni transferlər edə bilmədi.
Həmin futbolçular, həmin məşqçilər qaldı.
Həmişə demişəm, Səfiyarlı Azərbaycan futbolunda olan 3-4 bacarıqlı kadrdan biridir”.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

