Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəöər verir ki, "Zirə" səfərdə "Qəbələ"nin qonağı olub.
Qarşılaşma 1:1 hesabı ilə bitib. Meydan sahiblərində 14-cü dəqiqədə Ülvi İsgəndərov hesabı açıb. 19-cu dəqiqədə İlkin Muradov tarazlığı bərpa edib.
Xallarının sayını 31-ə çatdıran paytaxt klubu 4-cü pillədə qalıb. "Qəbələ" isə 15 xalla sonuncu - 10-cu sıradadır.
Qəbələ şəhər stadionu, 350 tamaşaçı Baş hakim: Rəşad Əhmədov Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Asiman Əzizli Dördüncü hakim: Nicat İsmayıllı VAR: İnqilab Məmmədov AVAR: Namiq Hüseynov Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Bəhram Qurbanov Sarı vərəqələr: Emil Səfərov, 89 (qeyri-idman hərəkəti); Feras Abu Akal, 90+4 (qeyri-idman hərəkəti); Osama Xalayla, 90+4 (qeyri-idman hərəkəti) // Ruan Renato, 77 (qeyri-idman hərəkəti); Pyer Zebli, 90+4 (qeyri-idman hərəkəti); Tiaqo Silva, 90+4 (qeyri-idman hərəkəti) Qollar: Ülvi İsgəndərov, 14 // İlkin Muradov, 19 Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.
“Qəbələ”
13. Kristof Atanqana
2. İlkin Qırtımov
28. Murad Musayev (k)
14. Ülvi İsgəndərov
5. Rauf Hüseynli
(6. Feras Abu Akal, 78)
12. Nicat Əliyev
7. Emil Səfərov
20. Bilel Auaşeriya
4. Lukas Afriko
19. Samuel Tetteh
(10. Klesio Bauk, 67)
(18. Mehrac Baxşalı, 83)
72. Osama Xalayla